Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2020 17:24
Bakıda yeniyetmə oğlan qonşusunu bıçaqlayıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, hadisə Lökbatan qəsəbəsi, S. Orucov küçəsində baş verib.
Qəsəbə sakini, 2003-cü il təvəllüdlü İsmayıl Həsənov münaqişə zəminində qonşusu 1981-ci il təvəllüdlü Oleq Yaqibekovu bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılaraq əməliyyat olunub, İ.Həsənov saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.