Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Balakəndə külli miqdarda narkotik dövriyyədən çıxarılıb (FOTO)

Balakəndə külli miqdarda narkotik dövriyyədən çıxarılıb (FOTO)

Tarix: 8 Sentyabr 2020 10:39

Bakı. Samir Əli - Trend:

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olanların tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Polis Şöbəsinə rayonun Talalar kənd sakini Tural Şahverdiyevin yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olub. Polis əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən, ümumi çəkisi 645 kiloqramdan artıq 20 ədəd çətənə bitkisi, həmçinin qurutmaq üçün yerə sərilmiş 14 kiloqram 150 qram qurudulmamış marixuana aşkar edilərək götürülüb. T.Şahverdiyev şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Balakən RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Balakəndə külli miqdarda narkotik dövriyyədən çıxarılıb (FOTO) - Gallery Image Balakəndə külli miqdarda narkotik dövriyyədən çıxarılıb (FOTO) - Gallery Image Balakəndə külli miqdarda narkotik dövriyyədən çıxarılıb (FOTO) - Gallery Image


Etiketlər:  Balakəndə külli miqdarda narkotik dövriyyədən çıxarılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ