Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2020 22:20
"Zoom" onlayn konfrans xidmətinin qurucusu Erik Yuan bir gündə 5,2 milyard dollar qazanıb.
Sonxeber.net techland.az-a istinadən bildirir ki, beləliklə onun sərvəti 22 milyarda çatıb.
"Zoom" avqustun 31-də rüblük mənfəət hesabatını (illik müqayisədə 355 faiz artaraq 664 milyon dollar olub) yayımladıqdan sonra onun səhmləri 32 faiz bahalaşıb. Şirkətin xalis gəliri təxminən 186 milyon dollar olub. "Zoom"un müştəri bazası 2019-cu illə müqayisədə 458 faiz artaraq 370,2 min şirkətə çatıb.
Qeyd edək ki, "Amazon" və "Tesla" şirkətləri ilə yanaşı "Zoom" da koronavirus böhranının əsas benefisiarlarından (faydalananlarından) biri sayılır.