Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2019 13:24
Məşhur rumın məşqçi Mirça Luçesku qalmaqallı olayla üzləşib.
Qol.az-ın xəbərinə görə, ölkəsinin U-21 millisinin oyununu izləmək üçün İtaliyanın Bolonya şəhərinə gedən təcrübəli mütəxəssis jurnalistlərə müsahibə verən zaman media işçisi olmayan bir nəfər ona mikron yerinə plastik su şüşəsi uzadıb.
Luçesku bu zaman soyuqqanlılığını qoruyub və müsahibə verməkdə davam edib. Jurnalistlərdən biri isə şüşəni uzadan fanata mane olub və hadisənin şişməsini əngəlləyib.
Xatırladaq ki, bir müddət əvvəl İslandiya aerportunda Türkiyə millisinin futbolçusu Emre Belözoğlu müsahibə verən zaman sonradan belçikalı turist olduğu aşkarlanan bir nəfər ona tualet fırçası uzatmışdı.