Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Əşyalar interneti” üçün yeni standart yaradılır

“Əşyalar interneti” üçün yeni standart yaradılır

Tarix: 28 Iyun 2019 17:04

"Intel" və "ARM Holdings" şirkətləri "Əşyalar interneti" (IoT) bazarında yeni standartın yaradılmasını nəzərdə tutan əməkdaşlığa başlayıblar. Yeni texnologiya "IoT" qurğularının düzgün quraşdırılmasını və onların "bulud" servislərinə qoşulmasını təmin edəcək.

 

"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, "Intel" şirkəti sahə üzrə "FIDO Alliance" konsorsiumu daxilində yaradılan yeni "IoT Technical Working Group" təşkilatının təsisçilərindən biri kimi çıxış edir. Konsorsium 2012-ci ildə parolsuz autentifikasiya standartlarının hazırlanması məqsədilə "PayPal", "Lenovo" və s. şirkətləri tərəfindən təsis edilib.

 

"Microsoft", "Google" və "Amazon" şirkətlərinin daxil olduğu "IoT Technical Working Group" təşkilatının üzvləri "Əşyalar interneti"ni idarə etmək üçün avadanlığı sazlamağa və onu "bulud" servislərini qoşmağa imkan verəcək standart spesifikasiyanın hazırlanması ilə məşğuldurlar.

 

"Intel" şirkətinin təhlükəsizlik platformaları üzrə rəhbəri Lori Viql bildirib ki, yeni standart çox vacibdir, çünki əksər şirkətlər "Əşyalar interneti" qurğuları üzrə iri layihələrin tətbiqində və təhlükəsizliyin təminində problemlərlə üzləşir.

 

Onun sözlərinə görə, standart yaradılandan sonra bazar şirkətləri onu dəstəkləməyə məcbur edəcək və nəticədə qurğuların müxtəlifliyi artacaq, xərclər azalacaq və "IoT" layihələrinin həyata keçirilməsi sürətləndiriləcək.

 

Standartın hazırlanma müddəti hələ ki müəyyənləşdirilməyib. Məqsədin yerinə yetirilməsi üçün "IoT Technical Working Group" təşkilatına istehlak və sənaye "IoT" həlləri yaradan digər şirkətlərin cəlb edilməsi tələb olunur.

 

Nizam Nuriyev




Etiketlər:  Əşyalar interneti üçün yeni standart yaradılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ