Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Boksçumuz finalda - Avropa oyunları

Boksçumuz finalda - Avropa oyunları

Tarix: 28 Iyun 2019 18:24

Azərbaycan boksçusu Alfonso Dominqes "Minsk 2019" II Avropa Oyunlarında finala yüksəlib.

Qol.az-ın məlumatına, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinalda  Fiori Simone (İtaliya) ilə qarşılaşıb və qələbə qazanıb - 4:1. Dominqes finalda Gor Nersesyan (Ermənistan) - Benjamin Uittaker (Böyük Britaniya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, bir qədər əvvəl digər boksçumuz Lorenzo Sotomayor (69 kq) yarımfinalda uduzaraq bürünc medalla kifayətlənib.

 


Etiketlər:  Boksçumuz finalda Avropa oyunları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ