Tarix: 24 Aprel 2019 13:32
“Beşiktaş” ciddi itki ilə üzləşib.
Qol.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin aparıcı üzvlərindən olan Qari Medel zədələnib.
Superliqanın 29-cu turunda keçirilən “Sivasspor”la matçda zədələnən çilili müdafiəçi 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu isə 31 yaşlı futbolçu üçün mövsümün bitməsi deməkdir.
Qeyd edək ki, Medel bu mövsüm "Beşiktaş"ın heyətində 34 oyuna çıxıb.