Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2019 09:52
"Mançester Yunayted"dən ayrılan Antonio Valensiyanın yeni klubu bəlli olub.
Qol.az xəbər verir ki, ekvadorlu müdafiəçi karyerasını ölkəsində davam etdirəcək. 33 yaşlı futbolçu elita təmsilçisi "LDU Kito" ilə müqavilə bağlayıb. Klubun saytı təcrübəli oyunçu ilə 2 illik müqavilə imzalandığını açıqlayıb.
Qeyd edək ki, Valensiya 2005-ci ildə ölkəsinin "El Nasional" klubundan İspaniya La Liqa təmsilçisi "Vilyarreal"a keçmişdi. O, "Rekreativo" və "Uiqan" klublarında da çıxış edib. Ekvador millisinin üzvü 2009-2019-cu illərdə "Mançester Yunayted"də oynayıb.