Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Sentyabr 2020 22:56
Bakı. Trend:
Türkiyədə son 24 saat ərzində daha 57 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Onun sözlərinə görə, ölkədə 1 527 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 291 162 nəfərə çatıb.
Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 102 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 258 833 nəfər təşkil edir.