Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda Türkiyəyə dəstək aksiyası keçirilib

Bakıda Türkiyəyə dəstək aksiyası keçirilib

Tarix: 15 Sentyabr 2020 13:15

Bu gün Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu tərəfindən Bakının erməni-bolşevik işğalından azad edilməsinin 102-ci ildönümü ilə bağlı Türkiyəyə dəstək aksiyası keçirilib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, aksiya pandemiya ilə bağlı sosial məsafə və maskadan istifadəyə dair təlimatlar yerinə yetirilməklə Şəhidlər Xiyabanı və Türk Şəhidliyinin qarşısında baş tutub.

Yüzlərlə insanın qatıldığı aksiyada "Türkiyə, Azərbaycanda qal!", "Türkiyə və Azərbaycan qardaşdır!", "Türkiyə və Azərbaycan dostluğu var olsun!" şüarları səsləndirilib.


Etiketlər:  Bakıda Türkiyəyə dəstək aksiyası keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ