Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırdı - Yenilənib

Tarix: 16 Sentyabr 2020 23:52

"Qarabağ" bu gün Çempionlar Liqasında növbəti oyuna çıxıb.

Qol.az xəbər verir ki, Ağdam klubu 3-cü təsnifat mərhələsində Norveç "Molde"si ilə qarşılaşır. Kiprin Larnaka şəhərindəki "AEK Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayıb.

Bu cütün qalibi pley-off mərhələsində "Dinamo" (Zaqreb, Xorvatiya) - "Ferentsvaroş" (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq və ən azı Avropa Liqasının qrupuna vəsiqəni təmin edəcək. Pley-off oyunları 22-23 və 29-30 sentyabrda olacaq.

Qeyd edək ki, püşkə əsasən, matç Bakıda keçirilməli idi. Lakin "Molde" klubu Bakıdan dönüşdə Norveçdə 10 günlük karantinə alınacağını bildirərək qarşılaşmanın neytral meydanda oynanılmasını xahiş etmişdi. UEFA bu müraciəti təmin edərək görüşün Kiprdə keçirilməsinə qərar vermişdi.

16 sentyabr

21:00. "Qarabağ" (Azərbaycan) - "Molde" (Norveç) - 0:0 (5:6)
Hakimlər:
Srcan Yovanoviç, Uroş Stoykoviç, Milan Mixaylovi, Novak Simoviç (hamısı Serbiya)
"AEK Arena"

"Molde" 102-ci dəqiqədə penaltidən fərqlənə bilməyib. "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev penaltini dəf edib.

 


Etiketlər:  Qarabağ Çempionlar Liqasında mübarizəni dayandırdı Yenilənib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ