Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qalatasaray" Bakıya bu futbolçularla gəlir - Siyahı

Tarix: 16 Sentyabr 2020 11:16

Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Qalatasaray”ın Bakıya gələcək heyəti açıqlanıb.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Türkiyə təmsilçisinin heyətində 20 futbolçu yer alıb.

Baş məşqçi Fatih Terim Bakıya bu futbolçuları gətirir: Şener Özbayraklı, Omar Elabdellaui, Taylan Antalyalı, Rayan Babel, Radamel Falkao, Yunes Belhanda, Martin Linnes, Rayan Donk, Ömər Bayram, Cimmi Durmaz, Kristian Luyindama, Okan Koçuk, Marselo Sarakki, Markao Teyşeyra, Əmrə Kılınç, Arda Turan, Yesse Sekidika, Sofian Fequli, Mbaye Dian, Fatih Öztürk.

Komanda bu gün Bakı vaxtı ilə saat 12:00-da ölkəmizə yola düşəcək.

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq.

 


Etiketlər:  Qalatasaray Bakıya bu futbolçularla gəlir Siyahı


RƏYLƏR