Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2020 21:52
“Neftçi” Avropa Liqasında növbəti oyununa çıxıb.
Qol.az xəbər verir ki, paytaxt təmsilçisi 2-ci təsnifat mərhələsində Türkiyənin “Qalatasaray” klubu ilə qarşılaşır. Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayıb.
İlk mərhələdə Şimali Makedoniyanın “Şkupi” klubunu mübarizədən kənarlaşdıran (2:1) Füzuli Məmmədovun komandası Türkiyə nəhəngi ilə oyuna da qələbə üçün çıxıb.
Qeyd edək k, “Neftçi” – “Qalatasaray” cütünün qalibi bu gün keçiriləcək "Renova” (Şimali Makedoniya) - “Hayduk” (Xorvatiya) oyununda üstün olan komandanı qəbul edəcək.
17 sentyabr
Avropa Liqası
2-ci təsnifat mərhələsi
20:00. “Neftçi” (Azərbaycan) – “Qalatasaray” (Türkiyə) - 1:3
Qollar: Mbaye Diane, 19 (0:1), Mamadu Mbodj, 46 (1:1), Kristian Luyindama, 48 (1:2), Mbaye Diane, 63 (1:3)
Hakimlər: Kevin Klensi, Devid Makqişi, Qrem Stüart, Euan Anderson (hamısı Şotlandiya)
Bakı Olimpiya Stadionu