Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünya İrs Mərkəzinin direktoru: Azərbaycan öz mədəni sərvətlərinə, irs nümunələrinə qarşı diqqət və qayğı ilə yanaşır

Dünya İrs Mərkəzinin direktoru: Azərbaycan öz mədəni sərvətlərinə, irs nümunələrinə qarşı diqqət və qayğı ilə yanaşır

Tarix: 30 Iyun 2019 18:04

Bakı. Trend:

UNESKO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında müxtəlif ölkələrin və beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri, irs üzrə tanınmış mütəxəssislər iştirak edir.

Ölkəmizdə səfərdə olan UNESKO-nun Dünya İrs Mərkəzinin direktoru xanım Mextild Rossler Bakı sessiyası ilə bağlı “Euronews” telekanalına müsahibə verib. Tədbir çərçivəsində təşkil edilən Abidə Menecerləri və Gənc Peşəkarlar forumlarının işini yüksək dəyərləndirən direktor maraqlı müzakirələrin şahidi olduğunu diqqətə çatdırıb. Bildirib ki, UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək üçün Bakıya bu sahənin çoxsaylı mütəxəssisləri toplaşıb: “Burada olduğumuz bir neçə gün müddətində biz təşkilati işlərin yüksək səviyyədə həyata keçirildiyinin şahidiyik. Eyni zamanda onu da qeyd etmək istərdim ki, Azərbaycan öz mədəni sərvətlərinə, irs nümunələrinə qarşı diqqət və qayğı ilə yanaşır”.

Sessiyanın proqramı barədə danışan Mextild Rossler bildirib ki, Bakıda UNESKO-nun Dünya İrsi siyahısındakı obyektlərin qorunub saxlanma vəziyyəti, siyahıya daxil edilmək üçün təqdim edilmiş 36 nominasiya, təhlükə altında olan obyektlərlə bağlı müzakirələr aparılacaq. “Biz qədim yaşayış məskənlərini qoruyub gələcək nəsillərə çatdırmalıyıq. Bununla bağlı beynəlxalq ictimaiyyəti xəbərdar edəcəyik. Dünya irsi siyahısındakı obyektlərin qorunub saxlanmasında çətinliyi olan ölkələrə dəstək verəcəyik”, - deyə Dünya İrs Mərkəzinin direktoru əlavə edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Dünya İrs Mərkəzinin direktoru Azərbaycan mədəni sərvətlərinə nümunələrinə qarşı diqqət qayğı ilə yanaşır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ