Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəqəmsal platformaların istifadəsinin sadələşdirilməsi malların daşınmasını sürətləndirə bilər

Rəqəmsal platformaların istifadəsinin sadələşdirilməsi malların daşınmasını sürətləndirə bilər

Tarix: 18 Sentyabr 2020 11:16

Bakı. Zeyni Cəfərov - Trend:

Pandemiya göstərdi ki, indi yeni texnologiyalar, innovasiyalar və rəqəmsallaşma iqtisadiyyatın inkişafının vacib hissəsidir.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 53-cü İllik Toplantısı çərçivəsində Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) "Çıxarılan nəticələr və inkişaf yolu" mövzusunda keçirilən vebinarda çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, Mərkəzi Asiya regionu ölkələri iqtisadi sahədə əlaqələri genişləndirməlidir:

“Pandemiya dövründə rəqəmsallaşma vacib rol oynayır. Çünki rəqəmsallaşma elektrik enerjisi, nəqliyyat, qida məhsullarının daşınması, iqtisadiyyat, ticarət, investisiyalar kimi müxtəlif sahələrin yaranması və genişlənməsi üçün şərait yarada bilər”

Onun sözlərinə görə, region üçün investisiyaların cəlb olunması da çox vacibdir və bunu dövlət və özəl sektorun tərəfdaşlığı sayəsində reallaşdırmaq mümkündür:

“AİB və CAREC bu təşəbbüslərə əməl edir və ölkələr xarici investorların cəlbedici infrastruktur layihələrində iştirakına üstünlük verməlidir. Çünki postpandemiya dövründə büdcə azalması baş verdiyi üçün bu sahədə özəl investisiyaların istifadəsi daha səmərəli olar. Əlbəttə, nəqliyyat, tranzit və logistika daşımalarında rəqəmsal platformaların istifadəsi ilə prosedurların sadələşdirilməsi ölkələr arasında malların daşınmasını sürətləndirə bilər”.


Etiketlər:  Rəqəmsal platformaların istifadəsinin sadələşdirilməsi malların daşınmasını sürətləndirə bilər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ