Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanın mövqeyi yenə dəyişdi - UEFA reytinqi

Azərbaycanın mövqeyi yenə dəyişdi - UEFA reytinqi

Tarix: 18 Sentyabr 2020 13:46

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin oyunlarından sonra UEFA-nın reytinq cədvəlində müəyyən dəyişikliklər olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Azərbaycan UEFA-nın əmsallar cədvəlində yenidən bir pillə geriləyib. "Neftçi" Bakıda "Qalatasaray"a 1:3 hesabı ilə uduzduğu üçün ölkəmizin aktivinə cəmi 0,125 xal əlavə olunub.

"Styaua" Serbiyada "Baçka Topola" ilə görüşün əlavə vaxtında 6:6 hesablı heç-heçə etməklə, Rumıniyaya daha 0.250 xal qazandırıb. Bununla da xalını 16.325-ə çatdıran Rumıniya 25-ci pilləyə yüksəlib. 16.250 xala malik Azərbaycan isə 26-cı yerə enib.

Qeyd edək ki, hazırda Rumıniyanın 2 ("Styaua" və ÇFR), Azərbaycanın 1 ("Qarabağ") təmsilçisi avrokuboklarda mübarizəni davam etdirir.

Milli.Az


Etiketlər:  Azərbaycanın mövqeyi yenə dəyişdi UEFA reytinqi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ