Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ETSN: Meşələrdə yanğın halları azalıb

ETSN: Meşələrdə yanğın halları azalıb

Tarix: 18 Sentyabr 2020 16:18

Bakı. İlhamə İsabalayeva - Trend:

Keçən il meşə fonduna aid olan 513 hektar sahədə yanğın baş verdiyi halda, bu il görülən qabaqlayıcı tədbirlər sayəsində 25 hektar sahədə yanğın baş verib.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov deyib.

Onun sözlərinə görə, yanğınlarla birgə ETSN və Fövqəladə Hallar Nazirliyinin birgə iş planı var: “Yanğınlar əsasən, əkin və biçin aylarında baş verir. Əkin sahələrinin biçindən sonra yandırılması meşələrə ziyan vurur. Bu il 31 yanğın hadisəsi baş verib. Onların meşələrə keçməsinin qarşısı alınıb”.

N.Xıdırov əlavə edib ki, müvafiq orqanlara təqdim edilən Milli Meşə Proqramının yaxın vaxtlarda təsdiqlənəcəyi gözlənilir.


Etiketlər:  ETSN Meşələrdə yanğın halları azalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ