Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Klublararası dünya çempionatı bu il keçirilməyə bilər

Klublararası dünya çempionatı bu il keçirilməyə bilər

Tarix: 19 Sentyabr 2020 01:22

Klublararası dünya çempionatı-2020 böyük ehtimalla bu ilin dekabrı keçirilməyəcək.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə FİFA prezidenti Canni İnfantino məlumat verib. Onun sözlərinə görə, bəzi konfederasiyalar Çempionlar Liqası matçlarını  dekabradək bitirməyəcəklər: "Ona görə də klublararası dünya çempionatının planlaşdırıldığı kimi, dekabrda təşkili ehtimalı azdır. Ancaq variantları müzakirə edirik. Ola bilsin, bu yarış 2021-ci ilin əvvəlində keçirilsin. Turniri davam etdirmək istəyirik. Bütün konfederasiya və klublarla məsləhətləşəcəyik. Bundan sonra futbol üçün ən yaxşı qərarı verəcəyik".

Qeyd edək ki, klublararası dünya çempionatı 6 qitə konfederasiyasının ən güclü klublarının və təşkilatçı ölkənin ən yaxşı komandasının iştirakı ilə keçirilir. Bundan əvvəl 2020-ci ilin dekabrında Qətərdə keçirilməsi planlaşdırılan turnirin hazırda cəmi iki iştirakçısı məlumdur: Çempionlar Liqasının qalibi "Bavariya" və turnirin ev sahibi Qətər çempionu "Əl-Duhail".

 


Etiketlər:  Klublararası dünya çempionatı keçirilməyə bilər


RƏYLƏR