Tarix: 19 Sentyabr 2020 22:12
“İlk yarıda baxımlı və sürətli oyun oldu. Matçın çox hissəsi maraqlı təsir bağışladı. İlk yarıda buraxdığımız səhvlər nəticədə öz sözünü dedi. Rəqib haqqında isə yalnız xoş sözlər deyə bilərəm. Hər bir komandaya çətinlik törədən klubdur".Qol.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 3-cü turunda səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis bildirib ki, kifayət qədər qol epidozu yaxalayıblar. A.Hacıyev komandanı hələ tam komplektləşdirmədiklərini və bəzi futbolçuların hələ hazır olmadıqlarını əlavə edib. O, gənc futbolçuların gələcəkdə daha yaxşı formaya düşəcəklərinə inam ifadə edib.
3 oyundan 3 məğlubiyyət almalarına da toxunan çalışdırıcı hələ çempionat öncəsi çətinliklə üzləşəcəklərini bildiklərini söyləyib:
"Əlbəttə, bizi nəticə razı salmaya bilər. Amma hansı komanda ilə yola çıxdığımızın fərqində idik. "Səbail" yaşayarsa, gənclərlə təcrübəlilərin vəhdətindən komanda quracağıq. Hazırda komanda üçün təhlükə yoxdur. Amma çox yüksək səviyyəli komandalarımızın dağıldığını nəzərə alaraq, bunu deyirəm".
A.Hacıyevin sözlərinə görə, Hendrik Ekşteyn komandadan ayrılmasından peşman olduğunu bildirib. O, gələn həftə ərzində afrikalı legionerlər bağlı qəti qərarın veriləcəyini əlavə edib.