Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2020 22:20
"Çernomortransneft" şirkəti magistral neft kəmərləri sisteminin rekonstruksiyası üzrə işlər çərçivəsində Qroznı-Bakı magistral neft kəmərinin Dağıstan ərazisindəki sahəsinin tikintisini başa çatdırıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, 1,8 kilometr uzunluğunda sahə Dağıstanın Kizilyurt rayonunun ərazisindən keçir. Sahənin tikintisi altı ay ərzində davam edib.
Bununla belə, Qroznı-Bak magistral neft kəmərinin işi dayandırılmayıb. Neft nəqli planlaşdırılmış cədvələ uyğu həyata keçirilib.