Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Meksikalı qonaq: Azərbaycan UNESKO-nun Dünya İrs Komitəsində mühüm ölkələrdən biridir (FOTO)

Meksikalı qonaq: Azərbaycan UNESKO-nun Dünya İrs Komitəsində mühüm ölkələrdən biridir (FOTO)

Tarix: 1 Iyul 2019 10:45

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan UNESKO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasını yüksək səviyyədə təşkil edib.

Bunu Trend-ə sessiyada iştirak edən meksikalı qonaq Fransisko Vidraqes deyib.

F.Vidraqes qeyd edib ki, Azərbaycan UNESKO-nun Dünya İrs Komitəsində mühüm ölkələrdən biridir: "Sessiya zamanı irs məsələləri ilə bağlı səmərəli müzakirələr aparılır. Azərbaycan bu tədbirə ev sahibliyi etməklə dünyada irsin qorunması məsələsinə mühüm töhfə vermiş olur".

Azərbaycanda birinci dəfə olduğunu deyən qonaq ölkəni çox bəyəndiyini bildirib: “Sizin ölkə çox gözəldir və insanlar da çox qonaqpərvərdir”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Meksikalı qonaq Azərbaycan UNESKO Dünya İrs Komitəsində mühüm ölkələrdən biridir FOTO


RƏYLƏR