Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Sentyabr 2020 18:50
Düşünürəm ki, matç ərzində 3-4 dəfə futbola niftət etdiyimi söylədim. Penaltilər seriyasına gələndə qorxunc şübhələrim var idi. Həmin vaxt futbol gözümdə elə də böyük deyildi.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu sözləri Norveç "Molde"sinin baş direktoru Ole Erik Stavrum Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"a qalib gələrək (əsas və əlavə vaxt - 0:0, penaltilər seriyası - 6:5) pley-offa yüksəldikləri oyun barədə "Rbnett.no" nəşrinə danışarkən deyib.
O, penaltilər seriyasında qorxunc səhnələrin fantastik macəraya çevirildiyini bildirib: "Biz sanki qaranlıqda oturaraq özümüzə qapanmışdıq. Ancaq yekunda bizdə yaxşı atmosfer var idi. Matçın sonlarındakı kimi əhval-ruhiyyə və sevinc hisslərini yaşayacağımızı heç vaxt düşünməmişdim".