Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə koronavirusdan sağalanların sayı 270 min nəfərə çatır

Türkiyədə koronavirusdan sağalanların sayı 270 min nəfərə çatır

Tarix: 22 Sentyabr 2020 22:04

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 65 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 7 639 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 692 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 306 302 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 261 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 269 696 nəfər təşkil edir.


Etiketlər:  Türkiyədə koronavirusdan sağalanların sayı 270 min nəfərə çatır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ