Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2020 08:24
Siz də bu məqaləni axıra kimi oxusanız qarşınızdakı adamları idarə etmək qabiliyyətinə sahib olacaqsınız.
Bu 2 hissədən ibarətdir:
1 hissə - qarşındakına onu hərəkətsiz hala gətirəcək məlumat verməkdən ibarətdir.
2 hissə - vacib məlumat olmadıqda qarşındakının diqqətini müxtəlif məlumatlarla ələ ala bilməkdən ibarətdir.
Əsas məsələ:
İnsan beyni daima işləyir və eyni şey baradə ikinci dəfə düşündükdə daha yaxşı fəaliyyət göstərir. Siz özünüz kimi isə 3-4 dəfə söhbət etməyə çağırdığınız zaman, onu 5-ci dəfə söhbətə çağırmağın nə qədər asan olduğunu bilirsiniz.
Kimisə ələ almaq üçün onu söhbət etməyə çağırdıqda nəzakətlə rəftar etmək lazımdır ki, qarşınızdakı insan görüşə gəlməyə razı olsun.
Cəlbedici sözlər
Nitqimizdə bəzi bağlayıcı sözlər vardır ki, bu sözlər danışınığızı ətrafdakılara məntiqli göstərə bilər. Bu zaman razılıq (bəli) sözü əvəzinə ola bilər ki, baxarıq sözündən istifadə edə bilərsiniz.
Çıxışı olmayan yol.
Bu zaman qarşınızdakı adama sözü elə tərzdə deyirsiniz ki, o sizə qarşı dura bilmir.
Aydın, dügün və anlaşıqlı.
Əgər siz nitqinizi yuxarıda yazıldığı kimi inkişaf etdirsəniz və qarşınızdakı adamla özünüzə güvənərək danışsanız, o sizə daha çox güvənəcək və dediyiniz sözə inanacaq.
Yerinə yetirilməmiş cəlbedici hərəkət.
Bu zaman hər iş qarşınızdakı insanın maraq dairəsinə uyğun olaraq görülür. Bu zaman qarşıdakı adamın diqqətini cəlb eləmək olur. Diqqət cəlbedici vasitələrdən ən çox serial oyunçuları istifadə edir. Onlar bu məqsədlə ekran qarşısında oturanların diqqətini çəkməyə çalışırlar. Bu səbəbdən aktyorlar serialı ən maraqlı yerində kəsirlər və tamaşaçı ilə intiriqa yaradırlar. Amma həyatda da bu taktika işə çox yarayır.
Təkrarlamaların sayı.
İnsanlar informasiyanı bir dəfə aldıqda qəbul etməyə bilirlər. Buna görə də onların beyninə yeritmək istədiyiniz sözü onların yanında dəfələrlə təkrarlayaraq demək lazımdır. Bununla siz qarşınızdakı adamı özünüzün istədiyi kimi idarə edə bilərsiniz.