Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paytaxt məktəblərinin qarşısında piyada keçidləri yenilənib (FOTO)

Paytaxt məktəblərinin qarşısında piyada keçidləri yenilənib (FOTO)

Tarix: 24 Sentyabr 2020 12:32

Bakı. Samir Əli - Trend:

Paytaxt yollarında piyada təhlükəsizliyi səviyyəsinin artırılması məqsədi ilə işlər davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, xüsusilə, azyaşlıların mütəmadi olaraq səfər etdiyi orta təhsil müəssisələrinin ətrafında müxtəlif təhlükəsizLik tədbirləri görülməkdədir: "Bu çərçivədə 206 təhsil müəssisəsinin ətrafında mövcud eyni səviyyəli piyada keçidləri yenilənib, sürücülər tərəfindən tez-tez sürət həddinin aşıldığı 3 təhsil müəssisəsinin qarşısında sürət məhdudlaşdırıcı maneələr (tramplin) quraşdırılıb, təhlükəsizliyin maksimum həddə çatdırılması üçün 7 təhsil müəssisəsinin ətrafında yerləşən eyni səviyyəli piyada keçidlərinin önündə, asfalt üzərində “Məktəb”, “Yavaş” sözləri yazılıb.

Bundan başqa, ilin sonuna kimi bu kimi işlərin davam etdirilməsi, mövcud eyni səviyyəli piyada keçidlərinin mütəmadi olaraq yenilənməsi, daha 7 təhsil müəssisəsinin ətrafında sürət hədlərinin optimallaşdırılması, müvafiq yol nişanlarının quraşdırılması planlaşdırılır".

Paytaxt məktəblərinin qarşısında piyada keçidləri yenilənib (FOTO) - Gallery Image Paytaxt məktəblərinin qarşısında piyada keçidləri yenilənib (FOTO) - Gallery Image Paytaxt məktəblərinin qarşısında piyada keçidləri yenilənib (FOTO) - Gallery Image Paytaxt məktəblərinin qarşısında piyada keçidləri yenilənib (FOTO) - Gallery Image Paytaxt məktəblərinin qarşısında piyada keçidləri yenilənib (FOTO) - Gallery Image Paytaxt məktəblərinin qarşısında piyada keçidləri yenilənib (FOTO) - Gallery Image


Etiketlər:  Paytaxt məktəblərinin qarşısında piyada keçidləri yenilənib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ