Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2019 20:33
Bakı. Xeyrəddin Nəsirzadə - Trend:
Azərbaycan tarixi abidələri qorumaqla müasir memarlıq üslublarını özündə cəmləşdirir.
Trend-in məlumatına görə, bunu “Save Lamu” təşkilatının üzvü, keniyalı Məhəmməd Atman Bakıda keçirilən UNESCO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası zamanı deyib.
O bildirib ki, sessiya çərçivəsində vacib qərarların qəbul olunması gözlənilir. M.Atmanın sözlərinə görə, Bakı özündə İçərişəhərin qədim mədəniyyətini və tarixi dəyərlərini və Heydər Əliyev Mərkəzi kimi müasir memarlıq qurğularını unikal şəkildə birləşdirir, bununla da bir çox dünya paytaxtları üçün nümunədir.
Qeyd edək ki, 43-cü sessiyaya xarici ölkələrin və beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri, ümumilikdə 180-dək ölkədən 2500-dən çox iştirakçı qatılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin