Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2020 22:16
Almaniyanın "Bosch" konserni koronavirus infeksiyasının aşkar olunması üzrə unikal avtomatlaşdırılmış test sistemi hazırlayıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu test zamanı nəticəni 39 dəqiqə sonra öyrənmək mümkün olacaq.
Qeyd olunur ki, bu test hazırda dünyada ən sürətli polimeraz zəncir reaksiyası (PZR) testidir.
Bu sistem avtomobil yollarında və hava limanlarında səyyar test mərkəzlərində istifadə üçün nəzərdə tutulub.
"Bosch"un hazırladığı testin diaqnoz dəqiqliyi 98 faizə bərabərdir. Şirkət istehsal gücünü 1 milyon testədək artırmağı planlaşdırır.