Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Sentyabr 2020 02:24
Bakı. Trend:
ABŞ-da yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 7 milyon nəfəri ötüb.
Trend-in məlumatına görə, bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.
Məlumata əsasən, ABŞ-da koronavirusa 7 005 746 nəfər yoluxub. Koronavirusa yoluxanlardan 203 240 nəfər vəfat edib, 2 710 183 nəfər isə sağalıb.
Bildirilri ki, ən çox yoluxma halları Kaliforniya (801 006), Texas (747 491), Florida (695 887) və Nyu-York (453 755) ştatlarında qeydə alınıb.