Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bubon nədir?

Bubon nədir?

Tarix: 26 Sentyabr 2020 07:51

Bubon limfa vəzinin 3-5 sm-ə qədər böyüməsinə və əksər hallarda irinləməsinə deyilir.Bubonlar limfogen olaraq birincili və ikincili olur.
Birincili bubon infeksiya qapısına yaxın olur və hemotogen yolla patologiyaya uğrayır.
İkincili olaraq isə bubon yoluxma yerinin əks tərəfində və ya digər nahiyələrdə yerləşir.
Bubonlar aşağıdakı infeksion xəstəliklər zamanı meydana gəlir:
- taun
- tülyaremiya
- pişik cırmağı xəstəliyi
- irinli limfodenit
- şişlərin limfa vəzilərinə metastazı
- lim fasarkoma
- qan xəstəlikləri
- sudoku(siçovul dişləməsi)
- infeksion xəstəliklər
Bubonlar hər xəstəlikdə müxtəlif təzahürlərlə birlikdə meydana çıxırlar.Sudoku(siçovul dişləməsi xəstə streptobasillə yoluxduqdan 2-20 gün ərzində xəstəlik inkişaf edir,intoksikasiya əlamətləri meydana çıxır.Bu zaman yüksək qızdırma ilə yanaşı dəridə irinli yaralar və bubonlar meydana çıxır.
Pişik cırmağı xəstəliyi zamanı pişiyin ağız suyu düşdüyü yerdə papula,vezikula,poustula ələmə gəlir və regionar bubon meydana çıxır.
irinli limfodenit(bubon)infeksiyalaşmış yara,frunkul,karbonkul,mastit,abses,fleqmona,dolama və s. nəticəsində ikincili xəstəlik kimi meydana gəlir.Bu zaman limfa vəzi iri və ağrılı olur,üzərindəki dəri qızarır.Bu zaman ümumi intoksikasiya əlamətləri,leykositoz və EÇS müşahidə edilir.
Bubonlara ən çox şiş xəstəliklərində rast gəlinir.Bu zaman limfa düyünlərində iltihab əlamətləri olmur,vəzilər ağac kimi bərkiyir,ağrımır.Şiş xəstəlikləri zamanı prosesə bir neçə limfa düyünü cəlb olunur.
Zöhrəvi xəstəliklər zamanı qasıq nahiyəsində bubonlara rast gəlinir.Bubonların əmələ gəlməsi zöhrəvi xəstəliklərin yoluxmasından 10-60 gün ərzində baş verir.Zöhrəvi xəstəliklər zamanı əmələ gələn bubonların dərisinin üstü qızarır,iltihablaşır,bəzən sarımtıl-yaşıl irin axıdan fistul verir.Bu zaman bubonların irinləməsi qızdırma və ümumi intoksikasiya əlamətlərilə müşahidə edilir.


Etiketlər:  Bubon nədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ