Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Toplanışdan razı qala bilmərəm'' - Aftandil Hacıyev

''Toplanışdan razı qala bilmərəm'' - Aftandil Hacıyev

Tarix: 2 Iyul 2019 09:48

"Sonuncu yoldaşlıq görüşümüzü keçirdik. Toplanışdakı dördüncü oyunumuzda rəqibimiz  Şimali Makedoniya komandası idi. Bildiyiniz kimi onlar da, bizim kimi UEFA Avropa Liqasında çıxış edirlər.  Rəqib, futbolçuların diqqətsizliyindən və bir dəfə ani səhvimizdən istifadə edib qol vurdu".

Qol.az-ın məlumatına görə, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Bolqarıstanda təlim-məşq toplanışı çərçivəsində Şimali Makedoniyanın “Makedoniya GP” klubuna 0:1 hesabı ilə uduzduqları sonuncu yoxlama matçından sonra deyib.

Klubun rəsmi saytına danışan 37 yaşlı mütəxəssis bildirib ki, oyunu iki hissəyə bölsək, ikinci hissəni aktivlərinə yazmaq olar: "İkinci hissədə qol epizodlarımız çox oldu. Nəticə önəmli olmasa da, istəyirdik ki, vətənə pozitiv notlarla dönək. Lakin bizim üçün ən önəmli nəticə UEFA Avropa Liqasındakı nəticə olacaq. Ümumi götürdükdə,  toplanışdan razı qala bilmərəm. Çünki yeni komanda formalaşdırmışıq. Bildiyiniz kimi, keçən ildən 11 futbolçu komandanı tərk etdi. Yeniləri  isə gec qoşuldular. Demək olar ki, toplanışın axırına gəldilər. Lakin buna baxmayaraq, çalışacağıq ki, meydanda sona qədər mübarizə aparaq".

Qeyd edək ki, “Səbail” toplanış zamanı bundan əvvəl Bolqarıstan təmsilçiləri - Plovdiv “Lokomotiv”i (0:1) və “Beroe”yə (0:4) uduzub, Rumıniyanın “Klinçeni” klubu ilə qolsuz heç-heçə edib.

 

 


Etiketlər:  Toplanışdan razı qala bilmərəm Aftandil Hacıyev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ