Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Sentyabr 2020 18:12
Bakı.İlhamə İsabalayeva -Trend:
Hazırda Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır. Buna baxmayaraq, qarşıdan gələn payız-qış mövsümündə kəskin respirator virus infeksiyalarına yoluxma arta bilər.
Trend-in məlumatına görə, bunu Elmi Tədqiqat Profilaktika İnstutunun direktor müavini Akif Qurbanov deyib.
Onun sözlərinə görə, bu səbəbdən payız-qış dövründə COVİD-19 bir qədər problemlər yarada və bu virusa kəskin respirator virus infeksiyalarının da qoşulması gözlənilə bilər: "Bu, ilk növbədə qrip xəstəliyidir. Bu səbəbdən qripə qarşı vaksinasiyanın aparılması indiki dövr üçün daha aktual sayılır. Əgər COVİD xəstəliyi qriplə yanaşı gedərsə, bu, xəstəliyin daha ağır olmasına səbəb ola bilər".
Hazırda COVİD virusunun yaratdığı pandemiya dövründə yaşadığımızı vurğulayan A.Qurbanov əlavə edib ki, əslində, qrip əleyhinə vaksinasiya COVİD əleyhinə əks-epidemik tədbirlərin tərkib hissəsidir.
Onun fikrincə, payız-qış dövründə pandemiyanın gedişində müəyyən çətinliklər yaşamasaq, gələn ildən etibarən COVİD vaksinlərinin istifadəsi bizi pandrmiyanın təhlükəsindən xilas etməyə böyük kömək göstərəcək.