Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2019 10:20
"Çelsi" "Derbi Kaunti"nin baş məşqçisi Frank Lempardla razılığa gəlib.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə,razılığa əsasən 41 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanacaq. London klubu sabiq futbolçusuna illik 4 milyon funt sterlinq maaş verəcək.
"Çelsi" "Derbi Kaunti"yə isə 4 milyon funt sterlinq təzminat ödəyəcək.
Xatırladaq ki, "Çelsi" baş məşqçisi Maurisio Sarri ilə yolları ayırıb. İtaliyalı mütəxəssis "Yuventus"a keçib.