Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Sentyabr 2020 20:10
"Barselona"nın futbolçusu Ansu Fati 8 il sonra Lionel Messinin rekordunu təkrarlayıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 17 yaşlı hücumçu buna La Liqanın 3-cü turunda "Vilyareal"la (4:0) matçda nail olub. O, 15-ci və 19-cu dəqiqələrdə fərqlənməklə dubl edib. Bununla da Fati son 20 ildə Kataloniya klubunun oyunun ilk 20 dəqiqəsində iki qol vurmağı bacaran ikinci futbolçusu olub.
"Barselona"da belə nəticə göstərən ilk oyunçu isə Lionel Messidir. Argentinalı oyunçu 8 il əvvəl- La Liqanın 2012/2013-cü illər mövsümündə bunu bacarıb.