Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2020 15:26
"Səbail"in sabiq futbolçusu Maykl Essyen cəbhədə baş verən hadisələrlə bağlı Azərbaycana dəstək olub.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, hazırda Danimarkanın "Norşellan" klubunda məşqçi kimi çalışan sabiq yarımmüdafiəçi "Instagram" hesabından paylaşım edib.
Qana millisinin keçmiş üzvü "Pray for Azerbaijan" ("Dualarım Azərbaycan üçündür"), "Karabakh is Azerbaijan" ("Qarabağ" - Azərbaycandır") yazılan Azərbaycan bayrağını paylaşıb.
Qeyd edək ki, Maykl Esyen "Səbail"də 2019-cu ilin martından çıxış edib. O, 2019/2020 mövsümünün sonunda komandadan ayrılıb.