Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Panamalı futbolçular Ermənistandan qaçmağa hazırlaşırlar

Panamalı futbolçular Ermənistandan qaçmağa hazırlaşırlar

Tarix: 29 Sentyabr 2020 15:32

Ermənistanın "Lori" klubunda çıxış edən panamalı futbolçular Manuel Varqas və Karlos Qutyerres ölkəsinə qayıtmaq istəyir.

Milli.Az apasport.az-a istinadla bildirir ki, bunu oyunçular özləri ölkələrinin mətbuatına açıqlamasında deyiblər.

Dağlıq Qarabağda baş verən hadisələrdən narahatlıq keçirən futbolçular tezliklə Panamaya dönməyin yollarını axtarırlar. Varqas bununla bağlı klub rəhbərliyinə müraciət etdiklərini də söyləyib. O, hətta Panamaya yollanmaq üçün yerli Xarici İşlər Nazirliyindən kömək istədiklərini əlavə edib.

Qeyd edək ki, həm Manuel Varqas, həm də Karlos Qutyerres "Lori"yə ötən ay keçib.

Milli.Az


Etiketlər:  Panamalı futbolçular Ermənistandan qaçmağa hazırlaşırlar


RƏYLƏR