Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ" Polşaya Geryesiz gedir

Tarix: 29 Sentyabr 2020 19:20

"Qarabağ"ın futbolçusu Donald Gerye Avropa Liqasının pley-offundə "Legiya" ilə oyunu buraxacaq.

Klubun mətbuat xidmətindən qol.az-a verilən məlumata görə, haitili cinah oyunçusunun əvvəlki pasportunun vaxtı bitib, yenisi isə sifariş edilsə də, hələ gəlib çıxmayıb. Bu səbəbdən o, Polşaya gedə bilməyəcək.

Qeyd edək ki, "Qarabağ" bu gün saat 17:00-da çarter reysi ilə Polşaya yollanacaq.

Xatırladaq ki, oktyabrın 1-i keçiriləcək "Legiya" - "Qarabağ" oyunnu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Milli.Az


Etiketlər:  Qarabağ Polşaya Geryesiz gedir


RƏYLƏR