Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2020 20:32
UEFA prezidenti mükafatının sahibi bəlli olub.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, Fil Dişi Sahili yığmasının keçmiş futbolçusu Didye Droqba bu ada layiq görülüb.
Qitə futbol qurumunun rəhbəri Aleksander Çeferin onu "lider və qabaqcıl", həmçinin "meydanda və ondan kənarda mükəmməl və sadiq" adlandırıb. Droqbaya mükafat məhz Çeferin tərəfindən təqdim olunacaq.
UEFA prezidenti mükafatının əvvəlki sahibləri arasında Bobbi Çarlton, Eysebio, Raymon Kopa, Yohan Kroyff, Françesko Totti, Devid Bekhem və Erik Kantona kimi məşhurlar da olub.
Qeyd edək ki, 42 yaşlı Didye Droqba futbolçu karyerası ərzində "Le Man", "Genqam", "Marsel", "Çelsi", "Şanxay Şenxua", "Qalatasaray", "Montreal İmpakt" və "Feniks Rizinq" klublarının formasını geyinib.