Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2020 14:24
Bakı. Trend:
Rusiyanın “Vektor” Elmi Mərkəzi koronavirusa qarşı ikinci vaksinin kliniki sınaqlarını başa çatdırıb.
Trend-in məlumatına görə, “EpiVakKorona” adı verilən vaksin SARS-CoV-2 virusunun zülallarının peptid antigenləri əsasında istehsal edilib.
Vaksinin sınaqları preparatın tam təhlükəsizliyini göstərib.
Qeyd olunur ki, Rusiya Səhiyyə Nazirliyi vaksinin qeydiyyatı prosesinə başlayıb. Qeydiyyatın oktyabrın 15-dək başa çatması nəzərdə tutulur.
Xatırladaq ki, avqustun 11-də Rusiya “Sputnik V” adlı ilk koronavirus vaksinini qeydiyyatdan keçirmişdi.