Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

6 il sonra 40 oyunluq həsrətə son

6 il sonra 40 oyunluq həsrətə son

Tarix: 14 Oktyabr 2020 13:42

Millətlər Liqasının IV turunda Lixtenşteynlə qarşılaşan San Marino yığması səfərdən qolsuz bərabərliklə dönməyə nail olub.

Sonxeber.net apasport.az-a istinadla bildirir ki, bununla komanda tarixi antirekorda son qoyub.

San Marino yığması 40 oyundan sonra ilk dəfə xal almağın sevincini yaşayıb. Franko Varrellanın yetirmələri 6 ildən sonra birinci dəfə meydanı məğlub olmadan tərk edib. Komanda buna qədər 2014-cü il noyabrın 15-də Estoniya ilə 0:0 hesablı bərabərə qalıb.

San Marinonun məğlub olduğu 40 matçdan ikisi Azərbaycanla görüşə təsadüf edib. Yığmamız dünya çempionatının seçmə mərhələsi çərçivəsində 2016-cı ildə səfərdə (1:0), 2017-ci ildə isə evdə (5:1) qələbə qazanıb.

Qeyd edək ki, D liqasının 2-ci qrupunda yer alan San Marino 1 xalla sonuncu pillədə qərarlaşıb.


Etiketlər:  sonra oyunluq həsrətə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ