Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2020 13:42
Rusiyanın "Kommersant" qəzetinin müxbirləri cəbhə bölgəsində Azərbaycan və Ermənistan tərəfindən reportaj hazırlayıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, işğal olunmuş Xankəndində olan jurnalist Aleksandr Çernıx Ağdərə istiqamətinə heç bir sürücünün getmək istəmədiyini yazıb.
Müxbir qeyd edib ki, yerli sakinlər Xankəndinə Stepanakert, Ağdərəyə Martakert adlandırsa da, işğaldan sonra adı İvanyan olaraq dəyişdirilmiş Xocalını hələ də öz adı ilə adlandırırlar.
Uzun axtarışlardan sonra Ağdərəyə getməyə razı olan sürücü mövcud vəziyyətdən şikayət etməyə başlayıb. Dörd müharibə gördüyünü deyən sürücü indiki vəziyyətin daha ağır olduğunu bildirib.
Yol boyunca müxbir sıradan çıxarılmış hərbi texnika gördüyünü deyib. Ağdərənin girişində blok-postda dayanan əsgərlər şəhərə dolayı yollarla daxil olmağı tövsiyə edib. Çernıx orda olan texnikanın çox köhnə olduğunu və sanki birinci Qarabağ müharibəsindən qaldığını qeyd edir.