Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2020 09:48
Ermənistan hakimiyyətinin uşaqları hərbi əməliyyatlara cəlb etməsi öz xalqına qarşı cinayətdir.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Cənubi Koreyanın Hankuk Universitetinin professoru Rəşid İbrahimov deyib.
O bildirib ki, hərbi əməliyyatlara uşaqları cəlb edən hökumət öz siyasi hədəfləri uğrunda hər cür qurban verməyə hazırdır:
"Onsuz da, aydındır ki, Ermənistan rəhbərliyi öz xalqının gələcəyini fikirləşmir. Əgər rəsmi xronikaya nəzər salsaq, görərik ki, döyüşlərdə, əsasən, 1999-2001-ci il təvəllüdlü gənclər ölür. Burada daha bir məqam var. Gənclər arasında itkilər çoxalanda, erməni təbliğatı bütün dünyaya səs-küy salacaq ki, Azərbaycan dinc əhalini, o cümlədən uşaq və yeniyetmələri məhv edir. Şübhə etmirəm ki, bu uşaqların şəkilləri gələcəkdə təbliğat məqsədilə dünya KİV-lərində yer alacaq. Yəni, Ermənistan hakimiyyətinin hədəfi Azərbaycanı dünyanın gözündə ləkələməkdir".