Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2020 12:54
Rusiyadakı erməni diasporunun bütün ictimai strukturları hüquq-mühafizə və xüsusi xidmət orqanlarının müşahidəsi altındadır.
Sonxeber.net bildirir ki, bunu Trend-ə rusiyalı analitik Oleq Kuznetsov erməni diasporunun Dağlıq Qarabağa yollamaq üçün döyüşcü cəlb etməsi barədə məlumatı şərh edərkən deyib.
O bildirib ki, bu cür müşahidə Rusiya ermənilərinin kütləvi şəkildə döyüşlərə yollanması ehtimalını aradan qaldırır:
"Əlbəttə, bu cür tədbirlər fərdi şəkildə, ya da kiçik qruplarla döyüşə yollanmaq istəyənlərin qarşısını almaq üçün kifayət deyil. Amma lazımi orqanlar kütləvi şəkildə döyüşə getmək istəyənlərin qarşısını almağa qadirdir. Əvvəlki fəaliyyət təcrübəmdən bu cür hallarda təhlükəsizlik orqanlarının addımları mənə yaxşı məlumdur və mən Qarabağda Rusiya ermənilərindən ibarət minlərlə könüllünün peyda olacağını ehtimal etmirəm".
Ekspert əlavə edib ki, Rusiyanın Cinayət Məcəlləsində hərbi əməliyyatlarda iştirak etmək məqsədilə muzdluların cəlb olunması, maliyyələşdirilməsinə görə 8 ilədək həbs cəzası nəzərdə tutulub.