Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2020 16:18
Ermənistan təcavüzkar və işğalçı dövlətdir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Rusiya Bələdiyyə Akademiyasının həqiqi üzvü, Bələdiyyələrin İnkişafı İnstitutunun prezidenti, professor Sergey Kirsanov AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim İmanova ünvanladığı məktubda qeyd edib.
Alim məktubda Azərbaycanın mövqeyini dəstəklədiyini, Ermənistanın təcavüzkar və işğalçı dövlət olduğunu deyib:
"Bu gün atəş altında qalan mülki şəxsləriniz və ümumilikdə Azərbaycan xalqı ilə həmrəyliyimi bildirirəm. Ümidvaram ki, dünya birliyinin səyləri ilə atəşkəsə nail olunacaq və sülh danışıqlarının bərpası üçün irəli sürülmüş şərtlər yerinə yetiriləcək".