Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2020 23:24
Artıq bugün axşam Apple şirkəti iPhone 12 smartfon seriyasını təqdim edəcək. Təqdimata az müddət qalmış məşhur insayder Jon Prosser təqdim olunacaq iPhone 12 barəsində yeni məlumatlar verib. Bu barədə Gagadget saytı xəbər verib. Daha əvvəllər internetdə məlumat yayılmışdı ki, bu ilki iPhone 12 Pro və iPhone 12 Pro Max modelləri 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyən ekranları əldə edəcəklər. Lakin sonradan insayderlər bu məlumatı təkzib etdilər.
Jon Prosser-in sözlərinə əsasən Apple mühəndisləri 5G il 120 Hz-lik təsvir yenilənməsinə sahib ekranlar arasında seçim etməli olublar. Belə ki, bu hər iki texnologiyanın istifadəsi yüksək enerji sərfiyyatını tələb edir. Əgər iPhone 12 modellərində bu hər iki texnologiyanı reallaşdırsaydılar, smartfonların avtonom rejimdə çalışma müddətləri aşağı düşəcəkdi. Nəticədə Apple şirkəti üstünlüyü 5G texnologiyasına verdi.
Bu işdə əsas rolu həmçinin marketinq də oynayıb. Belə ki, 120 Hz-lik təsvir yenilənməsinə sahib ekranların üstünlüklərini başa salmaq yerinə 5G texnologiyasını alıcılar arasında irəlilətmək daha asandır. 5G-ni satmaq daha asandır. Bəli, geek-lər üçün 120 Hz-lik ekranlar maraqlı ola bilərdilər, lakin orta statistik alıcı üçün bu heç bir məna kəsb etmir. Bununla yanaşı Jon Prosser bildirib ki, texniki olaraq Apple şirkəti öz smartfonlarına artıq 120 Hz-lik ekranları inteqrasiya etməyə hazırdır.