Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2020 18:14
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ölkəmizin dinc mülki əhalisini hədəfə almasına dünya ictimaiyyətinin biganə qalmaması üçün bir müddət öncə Azərbaycan gənclərinin başladığı kampaniya dünyanın müxtəlif ölkələrində dəstək qazanıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, kampaniya zamanı, gənclər ağızlarını skotç lenti ilə bağlayaraq Ermənistanın təcavüzünə və hərbi cinayətlərinə səssiz qalan dünyaya öz etiraz ismarışlarını çatdırırdılar.
Bu kampaniya sosial şəbəkələrdə geniş vüsət aldıqdan sonra ayrı-ayrı ölkələrdə yaşayan şəxslər Qarabağın Azərbaycan ərazisi olduğunu və dünya ictimaiyyətinin bu həqiqətə səssiz qalmamasına eyni tərzdə, ağızlarını skotç lenti ilə bağlayaraq çağırış ediblər.