Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avrokubokların formatı dəyişdirilə bilər

Avrokubokların formatı dəyişdirilə bilər

Tarix: 19 Oktyabr 2020 19:36

Avrokubokların formatı dəyişdirilə bilər.

Milli.Az apasport.az-a istinadla bildirir ki, UEFA yeniliyin 2024-cü ildən tətbiqini nəzərdən keçirir.

Qurum rəhbərliyi avrokubok qarşılaşmalarının əvvəlki kimi ev və səfər matçlarından deyil, bir qarşılaşmadan ibarət olmasının tərəfdarıdır. Koronavirus pandemiyasına görə təsnifat və pley-off mərhələlərini bir matçda keçirilməsi UEFA tərəfindən bəyənilib.

Bunu qurumun baş katibi Corco Marketti də təsdiqləyib: "Potensiala malik və dəyərli olanı heç vaxt istisna etməməliyik. Bilirik ki, təqvimi, təşkilati məhdudiyyətləri, azarkeşlərin iştirakı, iqtisadi təsir kimi bir çox amilləri nəzərə almalıyıq. Amma biz mütləq bu formatı və mümkün variantları növbəti müzakirələrdə araşdıracağıq. Uduzan komandanın mübarizəni dayandırdığı mərhələlərin bir oyunluq dueldən ibarət olması gözlənilməzliklərə və emosiyalara yol açır. Biz klublardan, yayımçılardan və digər tərəfdaşlardan, həmçinin azarkeşlərdən əla rəylər almışıq. Hadisələr bizi bu formatı zəruri etdi. Amma nəticəsi qənaətbəxş alındı".

Milli.Az


Etiketlər:  Avrokubokların formatı dəyişdirilə bilər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ