Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Çempionlar Liqasını qazanmağa əsas favorit deyilik" - Kuman

Tarix: 20 Oktyabr 2020 16:06

"Barselona"nın baş məşqçisi Ronald Kuman Çempionlar Liqasınının qrup mərhələsinin 1-ci turunda"Ferentsvaroş"la oyun öncəsi fikirlərini bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, görüşün asan keçməyəcəyini deyib: "Güclü bir heyətimiz olacaq, hələ şənbə günü "Real"la oynayacağımızı düşünmürük. İndi yalnız sabahkı matç önəmlidir".

Kuman ÇL-in kubokunu qazanmağa əsas favorit olmadıqlarını bildirib: "Çempionlar Liqasında qrup mərhələsinə qələbə ilə başlamaq hər zaman çox vacibdir, xüsusən də öz stadionunda. Bu, çətin bir matçdır, çünki bu günlərdə zəif rəqib yoxdur. "Barselona" La Liqa və Avropada kuboklar qazanmağa hazır olmalıdıq. Çempionlar Liqasını qazanmaq uğrunda mübarizədə əsas favorit deyilik, amma irəliləyə bilərik".

Qeyd edək ki, bu gün keçiriləcək "Barselona" - "Ferentsvaroş" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Milli.Az


Etiketlər:  Çempionlar Liqasını qazanmağa əsas favorit deyilik Kuman


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ