Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda pik saatlar üçün 100 ehtiyat avtobus ayrıldı

Bakıda pik saatlar üçün 100 ehtiyat avtobus ayrıldı

Tarix: 20 Oktyabr 2020 17:42

Axşam pik saatlarında sərnişin tələbatının qarşılanması üçün şəhərin müxtəlif ərazilərində ehtiyat avtobuslar cəlb olunub.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib.

O bildirib ki, ki, həmin avtobuslar zərurət olduqca daşımalara cəlb olunacaq: "Ümumilikdə 100 ədədə yaxın ehtiyyat avtobus cəlb olunub. Avtobuslarla daşımaların əhəmiyyətini nəzərə alaraq Mərkəzləşdirilmiş Vahid Dispetçer Mərkəzi ərazidə çalışan mobil qruplarla birgə çalışır.

Lakin bir daha qeyd edirik ki, avtobusların vaxtında təyinat yerinə çatması üçün onların maneəsiz hərəkəti olduqca zəruridir. Bunu nəzərə alaraq fərdi avtomobil sürücülərindən avtobusların hərəkət üstünlüyünə anıayışla yanaşmalarını xahiş edirik".


Etiketlər:  Bakıda saatlar üçün ehtiyat avtobus ayrıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ