Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

KOBİA-nın Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi beynəlxalq assosiasiyaya üzv oldu

KOBİA-nın Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi beynəlxalq assosiasiyaya üzv oldu

Tarix: 21 Oktyabr 2020 13:32

Bakı. Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi dövlət-özəl sektor tərəfdaşlığı (DÖST) sahəsində ixtisaslaşmış təşkilatlardan olan Ümümdünya DÖST Qurumları və Peşəkarları Assosiasiyasına (WAPPP) üzv qəbul edilib.

KOBİA-dan Trend-ə verilən məlumata görə, WAPPP dünyanın müxtəlif ölkələrindən olan DÖST sahəsində fəaliyyət göstərən və ya əlaqəli olan təşkilatları və fərdi mütəxəssisləri birləşdirən beynəlxalq qeyri-hökumət təşkilatıdır. Assosiasiyanın başlıca məqsədi keyfiyyətli DÖST xidmətlərini təmin etmək üçün maarifləndirmə işləri aparmaq, bu sahədə fəaliyyət göstərən qurumlar arasında institusional şəbəkəni yaratmaq, onları dəstəkləməkdir. WAPPP üzvlərinə müxtəlif təlimlər, məsləhət xidmətləri, kommunikasiya, təcrübə və məlumat mübadiləsi, digər resurslara çıxış imkanları təmin edir, texniki yardım və maliyyələşmə mənbələrindən istifadə imkanını dəstəkləyir.


Etiketlər:  KOBİA nın Dövlət Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi beynəlxalq assosiasiyaya üzv oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ