Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Oktyabr 2020 15:21
Şəkildə gördüyünüz Sabirabad şəhər sakini 6 yaşlı Aynurdur. Atası ilə söhbət zamanı öyrəndik ki, anasını itirib. Aynur anası üçün dövlətdən aldığı 233 AZN müavinatı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Kamal Cəfərov məlumat yayıb.
O qeyd edib ki, Aynur "şəhid" və "əsgər" sözlərinin nə demək olduğunu yeni öyrənib.
6 yaşlı qızcığaz rayona şəhidlərin gətirildiyini biləndən sonra atasına deyib ki, kömək edək, əsgərlər güc qazansın.